Saytın statistikası


"Skylight" sistemləri

 "Skylight" sistemləri - binaların dekorativ tərtibatında və təbii işıqlandırmada istifadə olunur. Bundan əlavə bu sistem ventilyasiyanıda təmin edə bilir. Əl ilə və avtomatik açıla bilən qapaqlarla tüstü təmizləmə funksiyasınıda yerinə yetirir.  "Skylight" binanın başqa şəffaf elementləri ilə də ideal uyğunlaşır, məsələn şüşə fasad ilə.

        foto1       foto2
"Xəqani" Ticarət Mərkəzi                                                         "Təzəpir" məscidi

 "Skylight" tavanlar yastı üfüqi, eləcədə mürəkkəb həndəsi fiqur olaraq da hazırlana bilər. Sistem praktiki olaraq, onun əyilmə bucağından asılı olaraq, hər hansı bir tavana montaj oluna bilər. Bu sistem binanın şəffaf elementi olaraq, otaqların təbii işıqlandırılmasını təmin edir və genişlik təsəvvürü yaradan memarlıq elementinə çevrilir. 
        foto3       foto4
"Şəhriyar" adına Mədəniyyət Sarayı

 Bu sistemlərin hazırlanmasında istifadə olunan materiallar ekolojı cəhətdən təmiz və yüksək istilik və səs izolyasiyasına malikdirlər. Konstruksiyanın dəqiqliklə  hazırlanması və montaj edən briqadanın böyük təcrübəsi,  bizim məhsullarımızınun yüksək keyfiyyətini və uzun istismar müddətini təmin edir.  Onlardan hər biri individual olaraq layihələndirilir, hazırlanır və quraşdırılır.
        foto5       foto6
"Şəhriyar" adına Mədəniyyət Sarayı